Bank

Depozit hərracının nəticələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "ENA"ya verilən məlumata görə, aprelin 20-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 480,3 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department