Milli Məclisin Aparatı buraxılıb
![](https://ena.az/uploads/news/2020-04/_ena_456ebed3a9e0db2c3cdd36591_o.jpg)
"Azərbaycan parlamentinin Aparatı buraxılıb".
Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.
Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub. Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb. Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.