Gürcüstanda tibbi maska taxmaq məcburi oldu

Bu gündən Gürcüstanda qapalı ictimai yerlərdə tibbi maska taxmaq məcburi olub.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.
O deyib ki, bu tələbin yerinə yetirilməsinə görə məsuliyyəti hüquqi şəxslər daşıyacaq: “Bu tələbin icrasına nəzarət etməyən hüquqi şəxslər 15 min lari məbləğində cərimə olunacaqlar”.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 348 nəfərə çatıb.
Məlumata görə, COVID-19 infeksiyasına yoluxanların 76-sı sağalıb, 3-ü isə ölüb.