Sosial iqtisadiyyat

19 600 nəfər 190 manat yardımı ala bilməyəcək - SƏBƏB

İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 min 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən ENA.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub"

"Bu barədə onlara SMS göndərilib. Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir.  Hazırda müraciətlərin emalı davam edir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department