AzerGold işçi axtarır - VAKANSİYA
“AzerGold” QSC
Vakansiyanın adı: Baş mühəndis
Əsas vəzifə və öhdəliklər:
• Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin həyata keçirilməsini və koordinasiyasını təşkil etmək;
• Tikinti təşkilatının fəaliyyətinə texniki rəhbərliyi həyata keçirmək;
• Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin etmək;
• Tikinti və təmir işləri üzrə layihlərin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasının koordinasiya işləri və idarəolunmasında iştirak etmək;
• Layihələndirilmə üçün tələbləri bilmək və həmin tələblər əsasında layihə-smeta sənədlərinin yoxlanılmasını (və ya düzgünlüyünü) təmin etmək;
• Tikinti-quraşdırma işlərinə aid tələbləri bilmək, tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihə və AzDTN tələbləri əsasında icra edilməsinə nəzarət etmək;
• İş qrafiklərinin hazırlanmasına nəzarət etmək və ya podratçılar tərəfindən təqdim edilmiş iş qrafiklərinin monitorinq edilməsini təmin etmək;
• Tikinti və təmir işləri üzrə layihlərə dair elektron və yazılı məlumat bazası yaradılmasını və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;
• Tikinti və təmir işləri üzrə layihlərin sənədləşməsinin düzgünlüyünə və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarının dəqiq aparılmasına nəzarət etmək;
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına nəzarəti həyata keçirmək;
• Ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində işlərin tam və vaxtında icrasını təmin etmək;
• Tikinti dövrləri üzrə müvafiq sənədləşmələri bilmək və həmin sənədləri dövrlər üzrə təmin etmək (tikintinin başlanğıcı, tikintinin icrası və tikintinin sonu);
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
• Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini,
• Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını sərəncamlarını ,əmrlərini, digər rəhbəredici və normativ sənədlər haqqında məlumatlı olmaq;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (digər qrafik və hesabat proqramlarını bilmək üstünlükdür), Primavera P6 proqramları
Tələb olunan təhsil və iş təcrübəsi:
• Mühəndis ixtisası (Sənaye və mülki tikinti) üzrə ali təhsil;
• Tikinti təşkilatlarında rəhbər və mühəndis-texniki vəzifələrində 5 ildən az olmayaraq iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Baş mühəndis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.