Belçikada süni tənəffüs aparatlarını əvəz edəcək xüsusi maska icad edildi – VİDEO
Belçikalı mühəndislər süni tənəffüs aparatlarını (STA) əvəzləyəcək xüsusi maska icad ediblər.
“The Time” xəbər verir ki, həmin maskalar insanı zəruri olan oksigen ilə təmin etmək imkanına malikdir.
Konstruksiya qeyri-invaziv maskadan, filtrdən, ventildən və sıxılmış oksigen ötürən aparata qoşulan birləşdirici elementdən ibarətdir.
“Bu konsepsiya mürəkkəb deyil. Sınaqlar zamanı biz bu maskanın koronavirusa yoluxan insanlara necə təsir etdiyini biləcəyik”, – deyə pulmonoloq Uilfrid de Beker qeyd edib.
Qeyd etmək lazımdır ki, ixtira geniş istifadəyə verilməzdən öncə yoxlanılacaq. Kəşfin müəllifləri hesab edir ki, maskalar artıq aprel ayında Avropa və ABŞ xəstəxanalarına göndəriləcək. Həkimlər 3-D printerin köməyi ilə çoxlu sayda maska istehsal edə bilərlər. Mühənidslər ixtiranın sxemini xəstəxanalara təmənnasız qaydada verəcək.