ÜST: Daha bir epidemiya yayıla bilər
Cənubi Sudanda sarı qızdırma epidemiyası alovlana bilər.
ENA.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.
Məlumata görə, Uqanda ilə sərhəd bölgədə yerləşən Kajokeji şəhərində 2 nəfərdə sarı qızdırmaya rast gəlinib.
Bildirilib ki, bölgədəki səhiyyə sisteminin zəifliyi və müşahidə mexanizminin olmaması epidemiyanın böyüməsinə səbəb ola bilər.
Qeyd edək ki, xəstəliyin endemik ocağı Afrika hesab edilir. ÜST-nin məlumatına görə, bu xəstəliyə ildə 200 minədək insan yoluxur, onlardan 30 mini ölür.