TURİZM

"Turizm yaxın illərdə fərqli şəraitdə olacaq"

“Dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra mütəxəssislər gələcəkdə turizm sektorunun əvvəlki illərdən fərqli olacağını proqnozlaşdırırlar".

ENA.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

O vurğulayıb ki, insanlar yaxın illərdə səyahətlərini planlaşdırarkən sanitar-epidemioloji vəziyyətə və digər amillərə daha diqqətlə yanaşacaqlar: “İnsanların sağlamlıqlarının təmin edilməsi, tibbi mühafizə turizmdə ən vacib məsələlərdən biri olacaq. Beləliklə də, ölkələri və hotelləri seçərkən bu kimi məsələlərə daha çox diqqət ayıracaqlar. Turizm yaxın illərdə fərqli şəraitdə olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)