ENA+

Moskvada azərbaycanlıların iş icazəsi alma rüsumu - ARTIRILDI

Moskva Şəhər Duması 2019-cu ildə əcnəbilərin Moskvada iş icazəsi üçün verdikləri patent qiymətinin 500 (13 manat)  rubl artırılmasını və aylıq 5000 (130 manat) rubl olmasını dəstəkləyib.

"BI" xəbər verir ki, bununla bağlı dəyişikliklər ötən gün Moskva Şəhər Dumasının iclasında qəbul edilib.

Moskva İqtisadi Siyasət və Ərazi İşləri Departamentinin sədri Vladimir Yefimov patentin dəyərini artırma qərarının əcnəbilərin işlədikləri sahələrdə maaşların artma səbəbindən verildiyini deyib.

Qeyd edık ki, hazırda bir əcnəbinin Moskvada işləməsi üçün patent alması məcburidir və bunun qiyməti ayda 4500 rubldur (116 manat). 2017-ci ildə bu rəqəm 4200 rubl (108 manat) səviyyəsində idi.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)