Trampdan nefti bahalaşdıracaq AÇIQLAMA
ABŞ prezidenti Donald Tramp neftlə bağlı yeni tvit atıb.
ENA.az xəbər verir ki, Tramo OPEK+ razılaşması çərçivəsində hasilatı 10 milyon barrel deyil, 20 milyon barrel azaldacaqlarını söyləyib.
“Əslində, hasilat 10 deyil, 20 milyon barrel azaldılacaq. Saziş tam icra olunsa, dünya COVİD-19 bəlasından xilas olaraq iş akivliyinə qədəm qoyacaq”.
O, sazişə imza atan Rusiya və Səudiyyə Ərəbistanına da minnətdarlıq edib. Trampın açıqlaması fonunda “qara qızıl”ın əlavə dəyər qazanacağı gözlənilir.