"BOKT haqqında qanunda dəyişikliyə ehtiyac var"
Bank olmayan kredit təşkilatları (BOKT) haqqında qanunda dəyişikliyə ehtiyac var.
"BI" xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib. Onun sözlərinə görə, BOKT-ların xidmət sahələri genişləndirilməlidir.
“BOKT-lar haqqında qanuna dəyişiklik olarsa, onların maliyyə vəziyyəti də yaxşılaşar, maliyyə resurslarına çıxışı asanlaşar. Bu, kiçik və orta sahibkarlığın, ailə-kəndli təsərrüfatının inkişafına, ölkə iqtisadiyyatına müsbət təsir göstərər, iş yerlərinin açılmasına səbəb olar, sosial vəziyyəti yaxşilaşdırar”, - deyə S.Kələşov vurğulayıb.