Depozit hərracında tələb təklifi 2 dəfəyə yaxın üstələdi
Bu gün Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
ENA.az quruma istinadən xəbər verir ki, hərracda tələb təklifdən 176,9 milyon manat və ya 1,71 dəfə çox – 426,9 milyon manat olub.
Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,85% təşkil edib.