Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
Azərbaycan Turizm Assosiasiyası (AzTA) turizm polisinin yaradılmasını təklif edir.
Bu təşəbbüslə çıxış edən AzTA sədri Nahid Bağırov deyib ki, Azərbaycana qonşu olan Türkiyədə, eləcə də bir çox ölkələrdə turizm polisi fəaliyyət göstərir.
N.Bağırov hesab edir ki, turizm polisi turistlərlə bağlı problemləri aradan qaldıra bilər:
"Sosial şəbəkələrdə yazırlar ki, hansısa turist özünü yaxşı aparmır, yaxud hansısa turistin başına bir iş gəlir. Məncə, turizm polisi bunların hamısına nəzarət edə bilər. Hesab edirəm ki, dövlət tərəfindən bir mexanizm tətbiq olunsa, daha yaxşı olar".