5G xəttləri virusmu daşıyır?
Dekabr ayında Çinin Vuhan şəhərində ortaya çıxdıqdan sonra qlobal bir epidemiyaya çevrilən və 1,2 milyondan çox insana təsir göstərən koronavirusu ilə bağlı bir çox iddialar irəli sürülür. Bunlardan biri də 5G xətlərinin virusa səbəb olmasıdır..
Dünyada 1,2 milyondan çox insana yoluxan və 69 mindən çox insanın ölümünə səbəb olan koronavirusu ilə bağlı iddia sürətlə yayılır. "5G xətləri korona virusunun səbəbkarı və bu xəstəliyi yayan ən vacib amildir", - belə bir "məntiq"lə bir çox insan, o cümlədən Hollivud ulduzu Woody Harrelson çıxış edir.
İngiltərədəki Birmingham, Liverpool və Belfastdakı 5G baza stansiyaları iddianın yayılmasından sonra son bir həftə ərzində hücumlara məruz qalıb. Britaniya Nazirlər Kabinetinin üzvü Michael Gove "Bu iddialar təhlükəlidir və absurddur, telefon xətləri və baza stansiyalarına ziyan vurulması, baş verənlərə qarşı mübarizəyə ciddi zərər verir", - deyib.
Bir çox məşhurlar, o cümlədən Hollywood ulduzu, 2 milyondan çox izləyicisi olan Woody Harrelson instagram üzərindən "5G-nin mənfi təsiri" haqqında bir hesabat paylaşıb: "Mən hələ hamısını oxumamışam, amma bu maraqlıdır deyə paylaşımda bildirilir. Məruzədə 5G tərəfindən yayılan radiasiyanın epidemiyanın sürətini artırdığı irəli sürülüb.
Digər tərəfdən, “Paper Planes” mahnısı ilə şöhrət qazanan M.I.A. "Epidemiya bitənə qədər bu baza stansiyalarını bağlasalar daha yaxşı olardı", kimi çağırışı edib.
Lakin elm adamları iddiaları "Bu cəhalət çox təhlükəlidir" ifadələri ilə qarşılayıblar.