McDonalds-a qarşı maraqlı cinayət işi açılıb
Kanadanın Quebec bölgəsində McDonald`s mağazalarında satılan uşaq menyusu oyuncaqlarının reklam qanununu pozduğu iddia edilir və bu səbəbdən cinayət işi açılıb. Kanadada uşaq məhsullarında üç istisna xaric reklam etmək qadağandır.
Üç uşaq atası bir adam uşaq menyusundakı oyuncaqlar ilə bağlı məhkəməyə müraciət edib. O, bir filmin beş qəhrəmanının ayrı-ayrı oyuncaqlarının satılmasının qanunları pozduğunu, uşaqların istismar edildiyi iddia edir.
"BI" xəbər verir ki, ata iddia ərizəsində oyuncaqların restoranlarda uşaqların göz ününüə qoyulduğunu qeyd edərək menyu ilə gələn bir oyuncağı alan uşağın seriyadakı digər oyuncağı da almaq istədiyini, beləliklə yeni bir menyu almaq məcburiyyətində qaldıqlarını bildirib.
Quebec bölgəsində açılan cinayət işi ilə bağlı McDonald's verdiyi açıqlamada, 45 ildir Kanadada fəaliyyət göstərdiklərini və daha əvvəl belə bir iddia ilə qarşılaşmadıqlarını bildirib.
Kanadanın Reklam Məcəlləsinin 13-cü maddəsinə əsasən uşaqlar üçün istehsal olunan məhsullarda reklam etmək qadağandır. Amma burada üç istisna var: uşaq jurnalı, əyləncə fəaliyyətləri və mağaza vitrinləri.
90-cı illərin əvvəlində Böyük Britaniyada bir McDonald's-Greenpeace məhkəməsində hakim şirkətin reklam çarxlarının uşaqlara uyğun olmadığı qərarını vermişdi.