Sənaye

Bloomberg: Norveç neft qiymətlərini “sarsıtmağa” hazırlaşır

Neft bazarında hazırda təklif sutka ərzində 25 milyon barel artıb və bu neft qiymətlərini kritik səviyyəyə salıb. ENA.az Bloomberg-ə istinadən xəbər verir ki, üstəlik Norveç vəziyyəti daha çətinləşdirmək qərarına gəlib.

Bloomberg yazır ki, Norveç neft qiymətlərinə kəskin zərbə vuracaq. Belə ki, bu ölkə neft bazarını xam neftlə dolduracaq. Bunun üçün Şimal dənizindəki Yoxan Sverdrup yatağının nəhəng ehtiyatları artıq hasil olunmağa başlayıb.  

Qeyd olunur ki, Norveçin Equinor şirkəti hələ 2019-cu ilin noyabrından hasilatla məşğul olur və aylıq göstərici sutkada 350 min barelə çatır.

Bloombergin məlumatına görə, bu ilin mayında bu rəqəm 470 min barelə yüksələcək. Belə bir həcmdə əlavə xam neftin bazara çıxması isə Rusiya və Səudiyyə Ərəbistanı arasında gedən müharibə üzündən kritik vəziyyətdə olan neft bazarında qiymətlərə öldürücü təsir göstərəcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)