Bu gündən Bakıda sürücülər cərimələnəcək - XƏBƏRDARLIQ
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə yenidən müraciət edib.
ENA.az xəbər verir ki, İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, kameralar vasitəsi ilə idarə edilən nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək:
"Ötən gün ərzində Bakı şəhər ərazisində idarə edilən nəqliyyat vasitələri ilə bağlı vətəndaşlara müraciət edildi. Müraciətdə bildirildi ki, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin, xüsusi ilə də rayon qeydiyyatında olan dövlət nömrə nişanlı avtomobillərin idarə olunması məqsədə müvafiq deyil. Bu gün istirahət günü olsa da, Bakı şəhər ərazisində aparılan araşdırmalar deməyə əsas verir ki, hələ də karantin tələblərinin pozulaması bəzi sürücülər tərəfindən səhlənkarlğa yol verilir və avtomobillər idarə edilir. Ona görə bir daha paytaxt sakinlərinə, avtomobil sahiblərinə, sürücülərə müraciət edirik.
Bildiririk ki, karantin tələblərinin pozulması ilə bağlı inzibati tənbeh tədbirlərinin Bakı şəhər üzrə görülməsinə start verildi. Belə ki, kameralar vasitəsi ilə nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək.
Deməli bir daha sürücülər və avtomobil sahibləri bilməlidirlər ki, paytaxt ərazisində yalnız kommunal təyinatlı, qəza-bərpa və ya tikinti işlərində istifadə edilən nəqliyyat vasitələri və digər avtomobillər idarə edilməlidir.
Eyni zamanda hər kəsi yenidən "Evdə qal" kampaniyasına qoşulmağa dəvət edirik. Bir daha yadınıza salırıq ki, "Evdə qal" kampaniyasına qoşulmaq Bakı şəhər ərazisində yol-nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə, eləcə də yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına təsir göstərir. Ayrıca da hazırda paytaxt ərazisində idarə edilən komunal təyinatlı və yaxud dezinfeksiya işləri ilə məşğul olan epidemiya sahəsində olan şəxslərin də sərbəst hərəkətinə şərait yaradılır. Ona görə də sürücülər, avtomobil sahibləri karantin tələblərini düzgün yerinə yetirməyə çalışsınlar.
Beləliklə də həmin şəxslər özlərini, həm ailə üzvlərini, həm də digər şəxslərin sağlamlığının qayğısına qalmış olurlar"
Eləcə də bax: “Vaqif Əsədovun açıqlaması ictimaiyyət tərəfindən səhv başa düşülüb”