Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd barədə - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavininin adından yayılan sənəd saxtadır.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir:
“Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram”.
Qeyd edək ki, sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavininin adından yayılan sənəddə sabah saat 06:00-dan etibarən şəxsi avtomobillərin hərəkətinə və insanların küçəyə çıxmasına qadağa qoyulduğu yazılıb.