Mərkəzi Bank faiz qərarını açıqladı
![](https://ena.az/uploads/news/2020-03/_ena_9bf95e0200399a175b887a97c_o.jpg)
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
ENA.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb.
"Yaranmış vəziyyətdə AMB qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır", - deyə qurum bəyan edib.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə mayın 1-də baxacaq.