Sağlamlıq

Ölkə daxilində bir şəxsdən digər şəxsə koronavirus yoluxub? - AÇIQLAMA

“Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, ölkə daxilində bir şəxsdən digər şəxsə koronavirusa yoluxma halı müşahidə edilməyib.

C.İsayev əlavə edib ki, Azərbaycanda indiyədək qeydə alınan yoluxma hallarının hamısı gətirilmə hal olub:

“Azərbaycanda koronavirusa yoluxma halları, əsasən, İrandan gələnlər arasında qeydə alınıb. Koronavirusa yoluxanların hamısının karantin rejimində saxlanılması təmin edilib”.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.

 

REAl TV

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)