Birja

Neft qiymətləri yenə çökdü

Koronavirus səbəbiylə tələbin azalması ilə neft qiymətləri kəskin şəkildə azalmağa davam edir. Bu gün bazarlar yenidən çökdü.  
Koronavirusun yayılmasına qarşı dünya dövlətləri səylərini artırarkən, neftə təlabat tarixi bir azalma göstərməklə daha da daralır. 

Fyuçers müqavilələri, keçən həftə 25 faiz düşdükdən sonra 2008-ci ildən bəri ən böyük azalma səviyyəsinə endi. Bu gün daha 6,53 faiz azalma ilə bazar yenidən çökdü. 

Hazırda Brent nefti 31,62 dollara satılır.   

Hətta Fed-in dünyanın ən böyük iqtisadiyyatını dəstəkləmək üçün təcili tədbirləri, bazarları sarsıtmaq qorxusunu daha da artırdı. New York xam nefti müvafiq olaraq bir barrel üçün 30 dollardan aşağı düşdü. ABŞ-da benzin qiymətləri çökdü.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)