BİZNES

Bu marşrut xəttinin fəaliyyəti dayandırılır

Bakı Nəqliyyat Agentliyi (BNA) 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyətini dayandırır.

Bu barədə BNA-dan bildirilib.

Məlumata görə, noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq. Belə ki, BNA-nın İdarə Heyətinin sədrinin bugünki sərəncamına əsasən, xəttin müvəqqəti istimarına dair “Ayşən LTD” MMC ilə imzalanmış müqaviləyə də xitam verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department