Vakansiyalar

Aztikintiyol işçi axtarır - MAAŞ 2000-2500 MANAT

Yol tikintisi üzrə mühəndis

Vəzifə öhdəlikləri

- Layihələri tərtib etmək üçün statistik məlumatları, yoxlama aktlarını, xəritələri, cizgiləri,sxemləri, ərazinin foto şəkillərini, eləcə də topoqrafik və geoloji məlumatları təhlil etmək;
- Layihənin həyata keçirilməsinin mümkünlüyünü müəyyən etmək məqsədi ilə material və avadanlığın sayını, sərfiyyatını, eləcə də insan əməyini qiymətləndirmək;
- Yol yatağı, beton, asfalt və ya poladın uyğunluğunu və möhkəmliyini müəyyən etmək üçün torpaq və materialları yoxlamaq;
- Yolun tikintisi üçün müəyyən edilmiş vaxt intervalı və hava şəraitinin münasibliyini yoxlamaq;
- Hazırlıq işlərinə başlamaq üçün yolun layihəsi və tikiliş cizgiləri haqqında ərazidə çalışan işçilərə aydın məlumat vermək;
- Yol tikintisi üzrə əməliyyatların ardıcıllığını layihənin planı və ekoloji tələblərə uyğun olaraq ərazidə çalışan işçilər ilə planlaşdırmaq və tətbiq etmək;
- Layihə, tikinti, proqram modifikasiyası və ya tikinti-təmir işləri ilə əlaqədar ərazidə çalışan işçilər və rəhbər personala texniki məsələlər ilə bağlı məsləhət vermək.
- Yolun tikilişi və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq;
- Müəssisənin təlimatlarına uyğun olaraq texniki xidmət üçün tələb olunan işçi, material və avadanlığı əlaqələndirmək, iş qrafikini planlaşdırmaq;
- Texniki tələblərə uyğun olaraq ərazinin ekoloji şəraitini əsas götürmək.
- Əməyin mühafizəsi üzrə tələblərə uyğun olaraq digərləri ilə ünsiyyət yaratmaq.

Namizəd barədə tələblər

Ümumi tələblər

Təhsil – Ali təhsil (Müvafiq sahə üzrə )
Yaş həddi – 35-55
Cins - kişi
İş təcrübəsi: 3-5 il (müvafiq sahə üzrə)
Dil bilikləri: Rus və İngilis dil biliyi üstünlükdür

Bilik və bacarıq

- Yolların tikintisi və təmirinin yerli və ya müvafiq ölkə qanunvericiliyi, təhlükəsizlik norma və qaydaları (TN və Q). və müəyyən edilmiş təhlükəsizlik texnikasına uyğun əlaqələndirilməsi prosesi
- Yol tikintisi və texniki xidmət üzrə proseduralar
- Yolun layihələşdirilməsi və tikintisi ilə əlaqədar əsas xüsusiyyətlər
- Tapşırıqları tamamlamaq məqsədi ilə vaxtı qiymətləndirmək, ölçmək, o cümlədən hesablamaq üçün müvafiq riyazi bacarıqlar
- Hesablamalar, eləcə də iqtisadi nəticələr üzrə smetanın tərtib olunması üçün metodlar
- Təklif olunan ərazi, layihə və tikinti tələblərinin xərc və gəlirlər üzrə təhlilini, statik və ekoloji təsirini müəyyən etmək üçün hesablama bacarığı
- Problemləri və həll yollarını müəyyən etmək
- Layihəçəkmə və planlaşdırma
- Tikinti üzrə müasir alətlərdən istifadə etmək bacarığı
- İnformasiya texnologiyaları və kompüter proqramlarından istifadə
- Problemləri həll etmək bacarığı
- Vaxtı idarə etmək bacarığı
- Komandada işləmək bacarığı

İş şərtləri

- İş qrafiki - 6 günlük
- Əmək haqqı – 2000 - 2500 AZN
- Nahar şirkət tərəfindən təmin edilir

Namizədlərdən CV-ni mövzu yerində “Yol tikintisi üzrə mühəndis” qeyd etməklə hr@aztikintiyol.az ünvanına göndərmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department