MALİYYƏ

FED maliyyə bazarlarına 5 trilyon dollar likvidlik verəcək

ABŞ Federal Ehtiyyat Sistemi (FED) maliyyə bazarlarındakı vəziyyəti sabitləşdirmək üçün yaxın 1 ay ərzində 5 trilyon ABŞ dolları dəyərində likvidlik verəcək.

ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu addım qısamüddətli maliyyələşdirmə faizinin yüksəlməsinin qarşısını almaq üçün atılacaq.

Xatırladaq ki, FED bu həftə repo əməliyyatları ilə koronavirus epidemiyasının maliyyə, borc bazarları, həmçinin xəzinədarlıq istiqrazları bazarına təsirini azaltmaq üçün 3 ay müddətli repo əməliyyatı ilə 500 milyard dollar verib. Bu gün isə qurum keçirəcəyi repo əməliyyatı ilə bazarlara əlavə olaraq 500 milyard ABŞ dolları verəcək və qarşıdakı bir ay ərzində nominal dəyəri 500 milyard ABŞ dolları olan 10 repo əməliyyatı keçirəcək.

Bundan başqa FED qısa müddətli repo əməliyyatı ilə maliyyə bazarlarına əlavə olaraq 400 milyard dollarlıq likvidlik verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)