Türkiyədə də məktəblər bağlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bütün nazirlərin iştirakı ilə koronavirus təhlükəsi ilə bağlı iclas keçirilib.
ENA.az “Hürriyet”ə istinadən xəbər verir ki, 5 saat davam edən iclasdan sonra bir sıra qərarlar qəbul edilib.
Belə ki, martın 16-dan etibarən Türkiyədə təhsil müəssisələrində tədris dayandırılacaq. Tətil müddəti bağçalarda və məktəblərdə 1 həftə, universitetlərdə 3 həftə olacaq. Martın 23-dən etibarən isə distant təhsil modelinə keçiləcək.
İdman yarışları isə aprelin sonunadək azarkeşlər olmadan keçiriləcək.
Fövqəladə hal olmadığı təqdirdə, dövlət məmurlarının xarici ölkələrə səyahətinə xüsusi icazə tələb olunacaq.
Bundan başqa, vətəndaşlara da xarici səyahətlərini təxirə salmaq tövsiyə olunub.