Norm Sement zavodu işçi axtarır - VAKANSİYA
Norm Sement zavodu
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə İnsan Resursları üzrə mütəxəssis tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
• İşəqəbul prosesinin idarəedilməsi
• İnsan resurslarına aid Siyasət, Prosedur, Təlimatlar və formaların tərtibi, mütəmadi yenilənməsi
• İşçilərin vəzifə öhdəliklərinin yaradılması və mütəmadi yenilənməsi
• Ardıcıl əvəzetmə siyasətinə müvafiq olaraq planların tərtibi və fərdi inkişaf planlarının icrası
• Aylıq, rüblük hesabatların tərtibi
Tələblər:
• İnsan Resursları, İdarəetmə və buna bənzər sahələrdən ali bakalavr təhsili
• MS office proqramlarından istifadə bacarığı
• İngilis, rus dili yüksək səviyyədə
• İnsan Resurslarının idarəedilməsi sahəsində 2-3 il iş təcrübəsi
• İnsan Resursları sahəsində beynəlxalq sertifikata (CİPD, SHRM,HRCİ) üstünlük verilir
Tələb olunan kompetensiyalar
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
Tərcümeyi-hallarınızı hr@norm.az ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 17.03.2020