Bank

Banklara dollar satıldı: Valyuta hərracındakı məbləğ azaldı

Bu gün valyuta hərracında 220,79 milyon dollar satılıb. ENA.az xəbər verir ki, hərraca 26 sifariş daxil olub və onların arasında ən yüksək məbləğ 50 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu həftənin ikinci günündən başlayaraq hər gün hərrrac keçirilir. Dünənki hərrac isə növbədənkənar idi. 

Həftənin ikinci günü valyuta hərracında 323,2 milyon, üçüncü günü isə 168,2 milyon ABŞ dolları satılmışdı. Ümumilikdə bu həftə banklara 699 milyon dollar satılıb. Bu məbləğ isə fevral ayında satılan ümumi dolların həcmindən belə çoxdur. Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)