Bank

“Krediti alıb başqa məqsədlər üçün istifadə edirlər”

“Bəzən praktikada rast gəlirik ki, biznes subyekti kredit üçün müraciət edir, krediti alır, amma krediti təyinatına uyğun yox, başqa məqsədlər üçün istifadə edir. Bu onun özü üçün risk yaradır”.

ENA.az xəbər verir ki, bunu “AccessBank” QSC-nin İcraçı direktoru Əfqan Baxışov bildirib.

Onun sözlərinə görə, bir çox biznes subyekləri risklərin qiymətləndirilməsinə məhəl qoymurlar və ya böyük əhəmiyyət vermirlər: “Krediti bir layihə üçün alıb, bir hissəsini digər layihə üçün sərf edirlər. Və yaxud bir neçə layihənin icrasını maliyyələşdirmək üçün müraciət edirlər. Biz sahibkarın imkanlarına baxırıq və görürük ki, layihələrin öhdəsindən gələ bilməyəcək. Biz imtina etdikdə sahibkar da narazılıq edir.

Banklar nə üçün bizneslərə kredit vermirlər?! İlk növbədə şirkətlər korporativ idarəetməni inkişaf etdirməlidirlər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)