Gəncədə yataqxanada ‘yaradılan’ şirkət 1 milyonluq tenderi udub
![](https://ena.az/uploads/news/2020-03/_ena_78481da5a9056133be5e65014_o.jpg)
Dövlətə şirkəti olan “AzerGold” Qapali Səhmdar Cəmiyyətinin Çovdar Filiz Emalı Sənayesində bina və qurğuların tikinti-quraşdırma işini aparacaq şirkətin adı məlum olub.
ENA.az xəbər verir ki, bu, “Perlit” MMC-dir.
“Perlit” şirkəti buna görə, 988 min manat vəsait alacaq.
Qeyd edək ki, şirkət yaşayış və qeyri yaşayış binalarının təmir-tikintisi üzrə ixtisaslaşmış özəl müəssədir. 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 300 manatdır. Şirkət Gəncə şəhəri, Adau-Nun Yataqxanasi, ev 6 ünvanında döclət qeydiyyatına alınıb.