“Xalq Həyat” Sığorta Şirkəti işçi axtarır - VAKANSİYA
“Xalq Həyat” Sığorta Şirkəti ASC
Vəzifə: Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər
• Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• Müştərilər tərəfindən daxil olan təklif və şikayətləri sərbəst həll etmək;
• Müştəri ilə şirkət arasında mütəmadi kommunikasiyanı qüvvədə saxlamaq;
• Korporativ müştərilərə könüllü məhsulların satışını təşkil etmək;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .
Tələblər
• Ali təhsil;
• MS Office proqramlarında işləmək bacarığı;
• Bank və ya sığorta sahəsində minimum 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır);
• Sürücülük vəsiqəsinin olması mütləqdir.
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə hr@xalqhayat.az e-mail ünvanına göndərə bilərsiniz.