Bölgələrdə ət bahalaşıb - QİYMƏT
![](https://ena.az/uploads/news/2020-03/_ena_8a764217f8b942cc19b77f17a_o.jpg)
Mingəçevir və Goranboyda mal ətinin qiyməti qalxıb.
ENA.az xəbər verir ki, ət 1 həftə öncə 10 manata satılırdısa hazırda 1 kiloqramı 11 manata satılır. Qəssablar bildirirlər ki, hazırda mal ətini 11 manata, quzu ətini isə 13 manata təklif edirlər. Alıcılar da şəhərdə mal ətinin qiymətində 50 qəpik - 1 manat bahalaşma olduğunu təsdiq edirlər.
Ət satışı ilə məşğul olan qəssab Faiq Əsgərov, bahalaşmanı mal-qaranın, ən əsasda otun bahalaşması ilə əlaqələndirir: “Bahlaşama alıcı qüvvəsinə də təsir edib. Hazırda şəhərdə alıcıların çoxluğu gözə dəymir. Alanların çoxu da 1 kiloqram ətlə kifayətlənir”.
Qeyd edək ki, şəhər sakinləri qiymətin qalxmasından narazıdırlar.
Yeniavaz