TURİZM

Yeni ildə hara getmək sərfəlidir? - ÖLKƏLƏR, QİYMƏTLƏR

Həmişə olduğu kimi, bu il də Yeni İl kiçik səyahət etmək üçün əla imkandır. Adətən bu günləri insanlar ya xaricə ya da ölkə daxilində səyahət edirlər. Bəs turlarin qiyməti nə qədərdir və bu qiymətə hansı xidmətlər daxildir?
 

"BI"nin məlumatına görə, “R&R Travel COMPANY”in  rəhbəri Rüstəm Əhmədov bildirib ki, Yeni İldə dünyanın bir çox ölkələrinə sərfəli turlar olur. Ən münasib qiymətə olanlar «Buta Hava yolları» ilə uçuşun daxil olduğu səyahət paketləridir. Bildiyiniz kimi, bu aşağı büdcəli uçuşlar olduğu üçün, sözsüz ki, turpaketlərin qiymətinə də önəmli təsir edir.

Yeni İlin xaricdə qarşılamaq istəyənlər üçün aşağdakı turlar var.

 

ANTALYA turu –7 gecəlikdir tura daxildir -aviabilet, otel, transfer, sığorta və gündə 5 dəfə qidalanma. Bütün bunlar həmçinin Yeni il gecəsi şam yeməyi və şoular daxil 496 USD= 843 manat

İstanbul turu – tur  4 gecə 5 günlükdür və qiymət  413 USD=702 manatdır.

 

Eyni müddətə və eyni şərtlərlə:

Dubay (BƏƏ) turu - 650 USD= 1105 manat,

Şarm əl Şeyx (Misir) – 777 USD= 1321 manat, 

Sankt Peterburq 8 gün -457 EUR=877 manat,

Böyük Avropa turu  (Italiya-Fransa-Belçika-Hollandiya-Almaniya) -1148 EUR=2204 manat,

Qudaurı-Tiblisi-Mtsxeta-Barjomi avtobus turu isə 159 USD-dan= 270 manatdan başlayan qiymətlərlə təklif olunur.

Yerli turlara gəldikdə isə məsələn 31 dekabr-2 yanvar tarixində 2 gecə 3 günlük 5 rayon uzrə Ìsmayıllı-Qəbələ-Oğuz Xalxal Şəlaləsí-Şəki-Qax turu 139 AZN –dən təklif olunur. 

Eləcə də bax: Azərbaycanlıların Minskdə tikdiyi üç görkəmli bina - FOTO

Yeni İldə müraciətlərin sayı digər aylara nisbətən artırmı?

-Müraciətlərin sayı sözsüz ki, bütün tətilllər zamanı artır, ələxsus da yeni il kimi möhtəşəm bayram ərəfəsində.  Artım təxminən digər aylarla müqayidəsə 15%-20%-ə qədər təşkil edir.

Ölkəmizin turizm sektorunda müşahidə olunan sürətli inkişaf inanırıq ki, yeni ili ölkəmizdə qarşılamaq istəyənr yerli və xarici turistlərin sayına önəmli təsir edəcək.

Bununla belə bu gün insanlarımızın maddi rifahının yüksək olması onu deməyə əsas verir ki,  2019 cu ili xarici ölkələrdə qarşılamaq istəyən vətəndaşlarımızın sayı da əvvəlki illərə nisbətən az olmayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)