MALİYYƏ

Türk Lirəsi sürətlə dəyərdən düşdü

Suriya İdlibdə rejim qüvvələri tərəfindən Türkiyə Silahlı Qüvvələrinə hava hücumu təşkil edilib. Bu hücum nəticəsində 33 Türk əsgəri şəhid olub.

ENA.az xəbər verir ki, hadisə Türk Lirəsinin məzənnəsinə mənfi təsir edib. Dollar/TL məzənnəsi 6,2197 səviyyəsinə yüksəlib. Türk Lirəsi Dollar qarşısında 9% ucuzlaşıb.

Hazırda Türkiyə ordusu hərbçilərin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)