MSK yekun protokolu Konstitusiya Məhkəməsinə TƏQDİM ETDİ
Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.
Bunu MSK katibi Mikayıl Rəhimov deyib.
O bildirib ki, bu gün yekun protokol Konstitusiya Məhkəməsinə verilib.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçirilib.