Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin 4G şəbəkəsi (LTE) Bakı metrosunu tam əhatə edəcək.
ENA.az xəbər verir ki, bunu "Azercell Telekom" şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
Onun sözlərinə görə, şəbəkə həm stansiyaları, həm tunelləri əhatə edəcək.
O həmçinin bildirilib ki, hazırda LTE şəbəkəsi "Elmlər Akademiyası" stansiyasında yaradılıb və cari ildə mərhələli olaraq şəbəkə genişləndiriləcək: "Biz hazırda 4G şəbəkəsinin tək platformalarda deyil, tunellərdə də qurulması ilə ciddi məşğuluq".