Bank

Bunu etməyən banklara 10 min manat cərimə gəlir

Beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə, elektron hesabatı müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə maliyyə institutlarına  tətbiq edilən maliyyə sanksiyaları artırılır.

 

"BI" xəbər verir ki, maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə – hər belə hesab və ya əməliyyat üçün 500 manat məbləğində cərimə təklif edilir. Hazırda cərimə 100 manatdır.

 

Maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini və maliyyə institutları tərəfindən təqdim edilməsi nəzərdə tutulan məlumatların əks olunduğu forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron hesabatların təqdim edilməsini təmin etməlidir (Vergilər Məcəlləsinin 16.1.11-4-cü maddəsi).  Bu elektron hesabatı müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə maliyyə sanksiyası 1000 manatdan 10 000 manata qaldırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)