Azərbaycan ötən il 4 ölkəyə üzüm ixrac edib
Ötən il Azərbaycan xaricə 4 min 168,3 ton üzüm ixrac edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, ixrac edilən məhsuldan 3 milyon 28,5 min dollar qazanc əldə edilib: "Ötən il Azərbaycan əsasən 4 ölkəyə üzüm ixrac edib. Əsasən ötən il Rusiyaya ixrac olub. Belə ki, ötən il Rusiyaya 4066,78 ton üzüm ixrac olunub ki, həmin ixracdan 2974.24 dollar qazanc əldə edilib. Bundan başqa, Azərbaycan Ukraynaya 83,42 ton, Qazaxıstana 14,21 ton, Birləşmiş Ərəb Əmirliklərinə isə 3,9 ton üzüm ixrac edib. Ümumi ixracdan 3028.49 dollar qazanc götürülüb".
Azərbaycanda 2019-cu ildə cəmi 201,8 min ton üzüm tədarük edilib. Əldə edilən məhsul 2018-ci illə müqayisədə 20,4% artıb: "Ölkədə hazırda ümumilikdə 16,1 min ha üzüm sahəsi var. Onlardan 14,5 min ha bar verən üzüm sahəsidir, ötən il dekabrın 1-nə qədər isə salınan üzüm sahələri 293,2 hektardır. Ötən il üzümçülük sahələrində məhsuldarlıq 104,8 sent/ ha olub".