MALİYYƏ

Türk Lirəsi "ölməkdə" davam edir

Türkiyə Mərkəzi Bankının faiz endirməsi, geosiyasi gərginliklər, koronavirus ilə əlaqədar olaraq riskdən qaçış və Türkiyənin hər an Suriyada yeni əməliyyata başlaya biləcəyinin gözlənilməsi Türk Lirəsi üzərində təzyiq yaradır.

ENA xəbər verir ki, Dollar/TL məzənnəsi 6.10 səviyyəsini də aşıb.

Bakı vaxtı ilə saat 07:40-da Dollar 6.1078 lirəyə bərabər olub.

Çərşənbə günü Türkiyə Mərkəzi Bankı (TCMB) faizi 0,50 bənd azaldaraq 11,25%-dən 10,75%-ə endirdi. Beləliklə, bank son yeddi ayda 13,25 bənd faiz endirmişdir. Qərarın ardından JP Morgan və Commerzbank, TCMB-nin faiz endiriminə davam etməsini gözlədiklərini açıqlayıblar.  

Türk Lirəsi son üç ayda ABŞ dolları qarşısında 5,7% dəyərdən düşüb. Bu dövrdə dollar/TL məzənnəsi  5,73-dən 6,10-a yüksəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)