Elm və Texnologiya

Aviaşirkətlər səmada fasiləsiz Wi-Fi təmin etməyin yolunu tapdılar

30-a yaxın aviaşirkət səmada fasiləsiz Wi-Fi təmin etməyin yolunu tapıblar. Onların fikrincə, bu təşəbbüs rabitə xərclərini azaltmağa kömək edəcəkdir.

ENA.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, avadanlıq və proqram təminatının quraşdırılması, texniki xidmətlərin göstərilməsi və provayderi dəyişmək məcburiyyətinin olması – bütün bunlar Wi-Fi texnologiyasının mənfi cəhətləridir.

“Seamless Air Alliance” aviaşirkətinin rəhbəri Cek Mandala bununla bağlı bildirir: “Wi-Fi aviaşirkətin brendinə xələl gətirir. Sərnişinlər İnternetin keyfiyyətindən şikayətlənirlər və buna görə provayderi deyil, aviaşirkəti günahlandırırlar”.

Səmada fasiləsiz İnterneti Seamless Release 1.0 standartı təmin edəcək. Standart üzərində iş yanvar ayında artıq başa çatmışdır. Qeyd edək ki, Seamless Release 1.0 standartından hələki təkcə “Seamless Air Alliance” in üzvləri istifadə edə bilirlər. Xatırladaq ki, bu təşkilata “Delta Airlines”, “Airbus”, “Panasonic”, “Nokia”, “Virgin Atlantic” və “SoftBank” da daxil olmaqla 30-a yaxın aviaşirkət daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)