Vakansiyalar

Rəvan Sığorta-da İŞ VAR - MAAŞ 900 MANAT

“Rəvan Sığorta” ASC mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri – Bakı şəhəri
Yaş həddi – 21-35
Təhsil – Ali
İş təcrübəsi – 1 ildən yuxarı
Əlaqə nömrəsi: 012-448-33-11
Email: hr@revansigorta.az

İş barədə məlumat

− Kassa əməliyyatlarının uçotunun aparılması;
− Debitor və Kreditorlarla hesablaşmalar;
− Rüblük mühasibatlıq və vergi proqnozlarının hazırlanılması;
− Vergi (ÖMV, MV, MÖMV), DSMF, Statistika, Məşğulluq və digər hesabatların hazırlanılması və təqdim edilməsi;
− Vergi orqanlarında obyektlərin və kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;
− Əmək haqqı üzrə vergi və sosial sığorta ödənişlərinin həyata keçirilməsi;
− Elektron qaimələrin yazılması, təhvil - təslim aktları və müqavilələrin hazırlanılması;
− İnternet Bankinqin idarə olunması;
− Dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və aidiyyatı sorğuların cavablandırılması;
− İllik Maliyyə hesabatlarının hazırlanılması (Maliyyə Vəziyyəti Haqqında Hesabat – MVHH, Mənfəət və Zərər Haqqında Hesabat – M/ZHH, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat – PVHHH).

- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;
- Əmək haqqı - 900 manat.

Namizədə tələblər

- Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
- Cinsi : Kişi;
- Məsuliyyətli və işində dəqiq;
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@revansigorta.az elektron ünvanına göndərmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department