Sosial iqtisadiyyat

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə yeni müavin təyin edildi

Baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

ENA.az xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Qeyd edək ki, Baş İdarənin rəis müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb. O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub. H.Məmmədov isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)