Sənaye

Azərbaycanda qızıl emalçıları assosiasiyası yaradılacaq

Azərbaycanda yaxın vaxtlarda qızıl emalçıları assosiasiyası yaradılacaq.

Bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

 

Onun sözlərinə görə, Agentlik bu məsələ ilə bağlı müxtəlif sahibkarlarla görüş keçirib və assosiasiyanın qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunub.

“Yaxın iki həftə ərzində assosiasiya qeydiyyatdan keçəcək. Bu əlamətdar bir hadisə olacaq, çünki qurum dövlət orqanları və sahibkarlar arasında körpü rolunu oynayacaq”, – deyə O. Məmmədov qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)