Ədliyyə nazirindən yeni təyinat
Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.
ENA.az xəbər verir ki, bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.
Əmrə əsasən, İlqar Cəfərov nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.
Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumatı Oxu.Az-a təsdiqləyib.
Qeyd edək ki, İ.Cəfərov bundan əvvəl Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində çalışıb.