Rəsmi

Bu şəxslər 10 min manat cərimələnəcək

Azərbaycan Prezidenti İlham ƏliyevCinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

BI” xəbər verir ki, dəyişikliyə görə, yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.

Sənədə əsasən, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda — altı min manatdan on min manatadək (Əvvəl üç min manatdan altı min manatadək) miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə (Əvvəl bir ilədək müddətə azadlığın məhdudlaşdırılması) ilə cəza tətbiq olunacaq.

Həmçinin yuxarıda qeyd olunan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası tətbiq olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)