Sosial iqtisadiyyat

“ASAN rəqəmsal sinir sistemi” platforması hazırlanıb

 “ASAN xidmət” mərkəzlərində vətəndaş müraciətlərinin səmərəliliyinin artırılması və hər bir vətəndaşa fərdi yanaşmanın təmin edilməsi məqsədilə “ASAN rəqəmsal sinir sistemi” platforması hazırlanıb.

Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışı zamanı verilən məlumata görə, latforma hər bir vətəndaşın fiziki və ya elektron dövlət xidmətlərindən istifadəsinə, şikayət və təkliflərinə dair məlumatları vahid bazada toplayır və vətəndaşın dövlət xidmətlərindən istifadə vərdişləri barədə ətraflı məlumatları real vaxt rejimində əks etdirir. Eyni zamanda, bu platforma “ASAN xidmət” əməkdaşları barədə də bütün məlumatları bir yerə cəmləməklə, onların performanslarını qiymətləndirməyə, analitik təhlillər aparmağa və vətəndaş-dövlət xidməti–dövlət qulluqçusu münasibətlərini vizuallaşdırmağa imkan verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department