AMEA-da ixtisarlar olub
![](https://ena.az/uploads/news/2020-02/_ena_966eb23ca289c96537254ce53_o.jpg)
"Yaxın dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlifyönümlü islahatların aparılması nəzərdə tutulur".
"ENA" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.
Onun sözlərinə görə, bura struktur islahatları da aid ola bilər:
"Artıq Rəyasət Heyəti Aparatında müəyyən kadr ixtisarları olub. Eyni zamanda strukturun optimallaşdırılması istiqamətində də müəyyən işlər görülüb".