Risklərdən qaçmaq üçün iqtisadiyyatın şaxələndirilməsi azdır
Beynəlxaql Valuta Fondu (BVF) neft-qaz gəlirlərindən asılı olan körfəz ölkələrinə ünvanlanmış hesabat açıqlayıb. “Neftin və fiskal dayanıqlılığın gələcəyi” adlanan hesabat əslində təbii resurslar üzərində bərqərar olan bütün siyasi rejimlərə və iqtisadi sistemlərə yönəlib.
ENA.az xəbər verir ki, iqtisadçı Rövşən Ağayevin yazdığına görə Azərbaycanın büdcə və ixrac gəlirlərinin neft-qazdan asılılığının nə qədər yüksək olduğunu xatırlatmağa ehtuyac yoxdu, zatən böhran uşaqdan-böyüyə hamının iqtisadi savadını artırdı ötən 5 ildə. Neft gəlirləri azalnda başımıza nə gələcəyini isə hamı 2015-ci ildə gördü və yaşadı. Həmin vaxta qədər neftsonrası Azərbaycandan danışan ekspertlər cəmiyyətə çox maraqsız görünürdü, çünki insanlara qarşılaşmadığı durumuun fəsadlarını izah etmək heç də həmişə asan olmur. Amma biz hamımımız son 5 ilin böhranından dərs götürmüş adamlarıq - ən azından sadə vətəndaşları nəzərdə tuturam.
Ona görə də BVF-nin mesajlarının nə qədər önəmli olduğu artıq hər kəsə aydındır. Əsas mesajların qısa xülasəsi:
Neftə tələbatın pik həddə çatmasını 2041-ci ildə gözləsək də, proses daha tez baş verə bilər. Səbəb iqilim dəyişikliyilə mübarizdə qlobal səylərin nəhəng miqyas alması, alternativ enerjinin sürətlə artamasından savayı yüksək texnoloji inkişaf sayəsində ənənəvi enerjidən qənaətli istifadə tempi sürətlənib. Hər 2 amil artıq qarşıdakı 20 ildə neftə tələbatın azalmasını şərtləndirir. Bu proses neft-qaz ixracatçılarının iqtisadi landşaftını əhəmiyyətli dərəcədə dəyişdirəcək.
Amma risklərdən qaçmaq üçün iqtisadiyyatın şaxələndirilməsi azdır, gərək fiskal islahatlar, xüsusilə büdcədən qənaətli istifadə ön planda olsun. Çünki neft-qaz hesabına yaşayan ölkələrdə neft-qaz ÜDM-nin hər 80 senteni hökumətlərin fiskal gəlirinə çevrilir. Halbuki qeyri-neft sektorunda bu mümkünsüzdür – hazırda təbii resurs ölkələrində qeyri-neft sənayesində formalaşan ümumi gəlirlərin ən yaxşı halda hər dollarından 10 sentini vergi kimi almaq olur (dünya üzrə orta hesabla 14.5 dollar). Yəni hətta bütün neft-qaz sənayesini digər sahələrlə əvəzləmək mümkün olsa belə, onlar hökumətə neft-qazın gətirdiyi qazancları verməyəcək, fiskal gəlirlərdə böyük itki olacaq. Ona görə büdcə sahəsində islahatıar ön planda olmalı, hökumət kiçilməlidir. Enerji, su və s. üçün subsidiyaların azaldılması məsələsi daima masanın üzərində olmalıdır.
Özəl sektorun dəstəklənməsi hesabına qeyri-neft sahələrində optimal artım səviyyəsi (ən azından 3%) qorunmalıdır ki, neft-qaz gəlirlərinin itkisi kənar sahələrinin effektiv vergi dərəcələrinin artımı hesabına bir qədər azaldılsın.
Körfəz ölkələrinin perspektivi bir neçə ssenaridə proqnozlaşdırılır və nisbəətn pessimist proqnozlardan biri budur ki, 2034-cü ilə qədər region ölkələrinin 2 trln. dollara qədər valyuta ehtiyatları əriyə bilər, onlar xalis borcluya çevrilmək riskilə üzləşərlər. Bu ssenari zaman reallaşa bilər ki, qarşıdakı bir neçə ildə iqlim dəyişikliyilə mübarizədə alternativ enerjinin payı daha sürətlə arta, enerji qənaətli texnologiyaların tətbiqi neftə tələbatı gözlinildiyindən daha ciddi həcmdə azalda. Hər 2 amil yaxın illərdə neftin qiymətini formalaşdıran əsas faktorlar olacaq.
Hesabat müəllufləri yazır ki, itkiləri elə indinin özündə də görmək lazımdır:2014-2015-ci illərdən başlayaraq neft və qazın qiymətinin 50%-dək ucuzlaşması ötən müddətdə 6.5 trln. dollar vəsaitin neft-qaz ixracatçı ölkələrindən idxalaçı ölkələrə transferinə səbəb olmuşdu.
Fond ekspertləri bildirir ki, 1971-2016-cı illərdə əhalinin böyük sürətlə artımı dünyada iqtisadi artımın, bu isə öz növbədsində neftə tələbatın artımının əsas səbəbi olub. Bu müddətdə neftə tələbat hər il orta hesabla 2.5% artaraq hazırkı gündəlik 100 mln. barrelə çatmışdır. Amma
BMT-nin proqnozlarına görə, yaxın 20-25 ildə əhalinin qlobal artım tempi 3 dəfəyədək aşağı düşəcək və bu həm də enerji qənaəti texnologiyaları, alternativ enerinin sürətlə artması ilə paralel baş verdiyindən 2040-cı ilədək neftə tələbatın ötən 45 ildəki illik 2.5%-dən 0.4%-ə enəcək. İqtisadi artım tempinin də azalması vəziyyəti daha da dramatikləşdirir. Qarşıdakı dövrdə adambaşına ÜDM-nin artım tempinin 3.2%-dən 1.8-dək azalması da neftə tələbatı azalda biləcək proqnozlar sırasındadır. Ekspertlər 2041-ci ilədək neftə gündəlik təkəbatın hazırkı 100 mln. barreldən maksimum 115 mln. barrelə yüksələ biləcəyini də proqnozları sırasına daxil ediblər.
Hesabatın ümumi ruhu belədir: gələcək nəsillərin firavan yaşaması hazırkı nəslin aparacağı islahatlardan asılı olacaq. Yəni gələcək nəsillərin pulunu yeyənlərin gündəliyində onlara da aydın bir sabah qurmaq da olmalıdır.