BİZNES

Deputat seçilənlər arasında sahibkarlar və şirkət rəsmiləri də var: FOTOLAR

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

Milli Məclisə seçkilərin lider namizədləri arasında bir neçə iş adamının da adı var. 

MSK-nın  verdiyi məlumata, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Allahverdiyev Elnur Marat oğlu liderdir. 21.04.1978-ci il tarixində anadan olmuş Elnur Allahverdiyev “ABC Telekom” şirkətinin rəhbəri idi. Bu şirkət "Kontakt Home" mağazalar şəbəkəsinin sahibidir. Onun MSK-ya təqdim etdiyi məlumata görə, hazırda Heydər Əliyev Mərkəzində direktor müşaviridir.

Məlumata görə, 2001-ci ildən “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışır. 2014-cü ildən Sloveniya Respublikasının Azərbaycanda Fəxri konsuludur. 2017-ci ildə Heydər Əliyev Mərkəzində direktorun müşaviri vəzifəsinə təyin olunub. “Azercell Telekom” MMC-nin İdarə Heyətinin üzvüdür.

Allahverdiyev Elnur Marat oğlu


 

70 saylı Masallı Şəhər Seçki Dairəsindən Məmmədov Məşhur Şahbuz oğlu liderdir. O, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir. Həmçinin Məşhur Məmmədov mebel istehsalı ilə məşğul olan "Embawood" MMC-də 23%, "Embafinans" MMC bank olmayan kredit təşkilatında (BOKT) 40% paya malikdir. Məşhur Məmmədov  04.10.1963-cü il tarixində anadan olub.

Məmmədov Məşhur Şahbuz oğlu


 

46 saylı Şirvan Seçki Dairəsindən Yusifov İltizam Balayusif oğlu liderdir. 01.12.1963-cü il tarixində anadan olmuş İltizam Yusifov “Shirvan Operating Company” şirkətində Vitse-Prezidentidir.

Yusifov İltizam Balayusif oğlu


 

53 saylı Quba-Qusar Seçki Dairəsindən Rafailov Anatoliy Xaimoviç öndədir. İxtisasca həkim olan Anatoliy Rafailov "Sağlam Ailə" Məhdud Məsuliyyətli Cəmiyyətində beynəlxalq əlaqələr üzrə ekspert kimi fəaliyyət göstərir. O, 05.02.1953 tarixində anadan olub.

 

66 saylı Biləsuvar Seçki Dairəsindən Məhərrəmov Bəhruz Abdurrəhman oğlu liderdir. 22.08.1983-cü il tarixində anadan olmuş Bəhruz Məhərrəmov “PAŞA Sığorta” ASC-də Korporativ Hüquq Xidmətinin rəhbəridir.

Məhərrəmov Bəhruz Abdurrəhman oğlu

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)