Avtomobil

AAYDA: "Maşınların sayını göstərəcəyik, Tarif Şurası qiymətləri müəyyən edəcək"

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir”.

"BI" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya ilə dövlət sərhəddinə qədər avtomobil yolu tikilir: “Tikinti işlərinə bu il başlanılıb. Mövcud yolun 153-ci kilometrliyinə qədər hissənin yenidən tikilməsi nəzərdə tutulub. 1-ci texniki dərəcəyə malik, 4 hərəkət zolaqlı bu yolun ödənişli olacağı gözlənilir. 2018-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan yeni Bakı-Ələt-İranla dövlət sərhədi avtomobil yolu isə 270 kilometrlik yolu 40 kilometr qısaldıb”.

S.Məmmədov onu da bildirib ki, rəhbərlik etdiyi qurum ödənişli yollarda tarifləri müəyyən etmək səlahiyyətində deyil: "Qiymətləri Tarif Şurası müəyyən edəcək. Biz yalnız yolların texniki dərəcəsini vermişik, oradan gün ərzində keçən avtomobillərin sayını göstərəcəyik. Həmin əsaslarla Tarif Şurası qiymətləri müəyyən edəcək”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department