Sosial iqtisadiyyat

Tanınmış iqtisadçı da millət vəkili olmaq yarışında liderdir

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

“ENA”nın məlumatına görə, 84 saylı Füzuli Seçki Dairəsindən Bayramov Vüqar İbad oğlu öndədir.

Mətbuatın dostu olan Vüqar Bayramov tanınmış iqtisadçı-ekspertdir. O, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəridir.

"Bu günədək qurucusu və rəhbəri olduğum İqtisadi və Sosial İnkişaf Mərkəzinin xətti və dəyərli iqtisadçı həmkarlarımın dəstəyi ilə hazırladığımız çoxsaylı təkliflər və iqtisadi mexanizmlər müvafiq dövlət qurumları tərəfindən qəbul edilərək icra olunub. Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm",- Vüqar Bayramov namizədliyi qeydə alınan gün bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)